Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən şəhər sakini E.Kəlbiyev saxlanılmışdır

21.07.2020

Siyəzən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir. 
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xızı rayon sakini R.Qədirova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 108 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana, habelə evinə baxış zamanı heroin aşkar edilərək götürülmüşdür.