Sabirabad rayonunun Surra kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.07.2020İyulun 21-də saat 18 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.