Gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılmışdır
07.07.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılmışdır.