Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.07.2020İyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi “JT” markalı traktoru su arxına salmışdır. Nəticədə sürücü suda boğularaq ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.