Samux rayon sakinləri E.Rüstəmov, T.Süleymanov, E.Məmmədov və Gəncə şəhər sakini N.Dərgahov saxlanılmışlar
07.07.2020Göygöl və Samux RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də Göygöl rayonunun Yeni Zod kənd sakini S.Vəliyevin həyətyanı sahəsindən 2 baş inək oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri E.Rüstəmov, T.Süleymanov, E.Məmmədov və Gəncə şəhər sakini N.Dərgahov saxlanılmışlar.
E.Məmmədovun və T.Süleymanovun ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Samux rayonu ərazisindəki evlərin birindən mobil telefon və 1 ədəd sırğanı soyğunçuluq yolu ilə aparmaları da müəyyən edilmişdir.