Sabirabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
07.07.2020İyulun 7-də saat 13 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini K.Nəsirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Banı Əliyevanı və qızı Hədiyyəni vurmuşdur. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.