Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
15.06.2020İyunun 15-də saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Siyəzən rayon sakini T.Əliyev idarə etdiyi “VAZ-21102” markalı avtomobillə yolu keçən Xaçmaz şəhər sakini Nurməhəmməd Seyidəliyevi və Bakı şəhər sakini İ.Şahbazovu vurmuşdur. Nəticədə N.Seyidəliyev hadisə yerində ölmüş, İ.Şahbazov xəstəxanaya yerləşdirilmişdir.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.