Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayonu Yeni Şərif kənd sakini Ş.Şeyxovdan çətənə kolu və marixuana aşkar edilərək götürülmüşdür

15.06.2020

Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Şərif kənd sakini Ş.Şeyxovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 1391 ədəd çətənə kolu və 1 kiloqram 540 qram marixuana aşkar edilərək götürülmüşdür.Araşdırmalar zamanı Ş.Şeyxovun çətənə kollarını Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş X.Novruzovun sifarişi ilə kultivasiya yolu ilə yetişdirdiyi müəyyən edilmişdir.Davam etdirilən tədbirlərlə X.Novruzov da polis əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi “Daewoo” markalı avtomobildən 790 qram marixuana aşkar edilərək götürülmüşdür.

15.06.2020 tarixinə olan kriminal məlumatlar