Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılmışdır
15.06.2020Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Surxayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Xətai rayonu Əhmədli qəsəbəsindəki evindən isə 2 kiloqram 770 qram heroin, 170 qram metamfetamin, 4 ədəd elektron tərəzi, 10 ədəd tramadol və 1 ədəd preqabalin həbi aşkar edilərək götürülmüşdür.