Xaçmaz şəhərinin Bakı prospektində yol-nəqliyyat hadisəsi
15.06.2020İyunun 15-də saat 17 radələrində Xaçmaz şəhərinin Bakı prospektində Çaykənarı kənd sakini E.Şabanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mürsəlqışlaq kənd sakini Oqtay Hüseynovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.