Xuliqanlıq etdiyinə və üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulmuş İmişli rayon sakini B.Əhmədov saxlanılmışdır
15.06.2020Xuliqanlıq etdiyinə və üzərində narkotik vasitə gəzdirdiyinə görə tutulmuş İmişli rayon sakini B.Əhmədovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxtın Nəsimi rayonunda yaşayan tanışının mənzilində gizlətdiyi ona məxsus “Sigsauer P-226” markalı nömrəsi silinmiş tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.