Şamaxı rayon sakini F.Əmrahovun avtomobilini qaçırmaqda şübhəli bilinən R.Abdiyev avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır
11.06.2020Şamaxı RPŞ-yə müraciət edən Qaravəlli kənd sakini F.Əmrahov iyunun 11-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini R.Abdiyev avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.