Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.06.2020İyunun 11-də saat 21 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində şəhər sakini V.Musayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlərdən Qazma kənd sakinləri Elçin Verdiyev, Kənan Yüzbaşıyev hadisə yerində ölmüş, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.