Xətai rayonu ərazisindəki mənzillərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən D.Borisov və R.Vəliyev saxlanılmışlar
11.06.2020Xətai RPİ 35-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılmışlar.