Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan R.Cabbarovun həyətyanı sahəsindən çətənə kolları və marixuana götürülmüşdür
11.06.2020Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan R.Cabbarovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 172 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.