Xətai rayonunun Nobel prospektində “BMW” markalı avtomobil aşmışdır
09.06.2020İyunun 9-da saat 5 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Tofiq Mütəllimov idarə etdiyi “BMW” markalı avtomobili aşırmışdır. Nəticədə xəsarət almış T.Mütəllimov və sərnişini Q.Mirişli xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.