Astara rayon sakini İ.Rüstəmovun evindən heroin götürülmüşdür
09.06.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Pensər kənd sakini İ.Rüstəmovun evindən 505 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.