Bakı şəhər sakini A.Məhərrəmovdan silah-sursat götürülmüşdür
09.06.2020Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmovdan nömrəsi silinmiş “Naqan” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülmüşdür.