Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev saxlanılmışdır
09.06.2020Xətai RPİ 35-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki yarımtikililərin birində gizlətdiyi 6 kiloqram 733 qram marixuana da aşkar edilərək götürülmüşdür.