Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini İ.Sultanov saxlanılmışdır
09.06.2020Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Sultanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülmüşdür.