Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Daewoo” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyərək 20 manatını almaqda şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev saxlanılmışdır

16.05.2020

Mayın 16-da saat 3 radələrində Abşeron rayonunun Gənclər şəhərciyi ərazisində rayon sakini X.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin M.Ə.Rəsulzadə qəsəbəsinə gedəcəyini bildirməsi, həmin ünvanda isə sürücünü bıçaqla hədələyərək 20 manatını alması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini S.Ağayev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.