Sumqayıt şəhərinin 10-cu mikrorayonu ərazisindən “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Məmmədov müəyyən edilərək saxlanılmışdır
16.05.2020Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini R.Kazımov cari il martın 25-dən mayın 14-dək olan müddətdə 10-cu mikrorayon ərazisindən “VAZ-21015” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.