Lənkəran rayon sakini A.Babayevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
16.05.2020Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xanbulan kəndi ərazisində Bürcəli kənd sakini A.Babayevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 510 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə A.Babayevlə birgə narkotik vasitəni yetişdirməkdə iştirak etmiş kənd sakini F.Mirzəyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana götürülmüşdür.