“İsuzu” markalı avtobusdan 60 manat pulu açıq talama yolu ilə aparmaqda şübhəli bilinən B.Əsədov saxlanılmışdır
16.05.2020Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Həmidov mayın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində bir nəfərin onun idarə etdiyi “İsuzu” markalı xətt avtobusundan 60 manat pulunu açıq talama yolu ilə apardığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş B.Əsədov saxlanılmışdır.
Araşdırma aparılır.