Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Twister” və “Jonway” markalı mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.Eyvazov, A.Əsgərov və Lənkəran rayon sakini D.Əsgərzadə müəyyən edilərək saxlanılmışlar

28.04.2020

Aprelin 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olmuşdur.

Polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılmışdır.

Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Twister” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Eyvazov, “Jonway” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əsgərov və Lənkəran rayon sakini D.Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılmışlar.

Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülmüşdür.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılmış, istintaq aparılır. 

28.04.2020 tarixinə olan kriminal məlumatlar