71 baş keçi oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini Ş.Məmmədov saxlanılmışdır
28.04.2020Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-dan aprelin 27-dək olan müddətdə Ləkit kəndi ərazisində Şəki rayon sakini A.Məmmədovaya məxsus fermadan 71 baş keçi oğurlamaqda şübhəli bilinən oğlu Ş.Məmmədov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.