Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakinləri R.Kazımov, İ.Zeynalov və Y.Balayev saxlanılmışlar

28.04.2020

Quba RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini R.Kazımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Xaroşa kənd sakini İ.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

İ.Zeynalova narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi Y.Balayev da saxlanılmış, ondan 3 qramdan artıq, yaşadığı evdən isə 1 kiloqram 171 qram marixuana aşkar edilərək götürülmüşdür.

28.04.2020 tarixinə olan kriminal məlumatlar