Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Balakən şəhər sakini İ.Ələkbərovdan 1 kiloqram 680 qram marixuana aşkar edilərək götürülmüşdür
28.04.2020Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İ.Ələkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 680 qram marixuana aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş E.Adalov saxlanılmış və onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildən 14 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.