Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
18.03.2020Martın 18-də saat 21 radələrində Lənkəran şəhəri ərazisində Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi “VAZ-21703” markalı avtomobili yol ayırıcısına vurmuş və aşaraq yolun kənarında dayanmışdır. Nəticədə xəstəxanaya yerləşdirilmiş sərnişini Hidayət İbrahimov orada ölmüşdür.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.