Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov saxlanılmışdır
18.03.2020Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılmışdır.