Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mingəçevir şəhər sakini C.Qurbanov saxlanılmışdır
18.03.2020Mingəçevir ŞPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Qurbanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və marixuana aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 21 qramdan artıq heroin və 2 kiloqram 155 qram marixuana götürülmüşdür.