Gəncə şəhər sakini E.Əsədovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
18.03.2020Göygöl RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq, Üçtəpə kəndi ərazisində gizlətdiyi yerdən isə 475 qram marixuana aşkar edilərək götürülmüşdür.