Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini V.Bujdelyevə bıçaqla ölümcül xəsarət yetirməkdə şübhəli bilinən F.Əliyev saxlanılmışdır

17.03.2020

Martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə 8-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada ölmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılmışdır.

Səbail RPİ tərəfindən araşdırma aparılır.