Yasamal rayonu ərazisindəki MTK-ların birinin gözətçisini bıçaqla hədələyərək pulunu almaqda şübhəli bilinən K.Axundov saxlanılmışdır
17.03.2020Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə martın 17-də rayon ərazisindəki MTK-ların birinin gözətçi otağına gəlmiş bir nəfərin gözətçi, Abşeron rayon sakini T.Fərəcovu bıçaqla hədələyərək 100 manatını alması barədə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Axundov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.