Nərimanov rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılmışdır
17.03.2020Nərimanov RPİ 17 və 18-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2900 manat oğurlaması da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2000 manat, 1700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilmişdir.