Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Kərimov saxlanılmışdır
17.03.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Bakıxanov dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Kərimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülmüşdür.