Kürdəmir şəhəri ərazisində “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada vurulmuşdur
12.03.2020Martın 12-də saat 18 radələrində Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.