Beyləqan rayonunun Əhmədli kəndi ərazisində “Opel” markalı avtomobil aşmışdır
12.03.2020Martın 12-də saat 14 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır.
Nəticədə Q.Seyidəliyev və sərnişinlərindən arvadı Güləndam xəstəxanaya aparılarkən yolda ölmüş, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.