Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
12.03.2020Martın 12-də saat 22 radələrində Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində Qımır kənd sakini M.Məcidovun və Yevlax rayon sakini S.Əhmədovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə S.Əhmədovun sərnişinlərindən Xeyransa Həmidova hadisə yerində ölmüş, özü və 1 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.