Sumqayıtda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
12.03.2020Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.İbrahimovdan 3 kiloqram 200 qram, 3-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakinləri olan, əvvəllər məhkum olunmuş E.Abbasovdan 470 qram, A.Şahmuradovdan isə 490 qram, 4-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şahbazovdan 465 qram marixuana aşkar edilərək götürülmüşdür.