Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunun G.Mehmandarov küçəsində piyadanın ölümü ilə nəticələnən YNH-ni törətməkdə şübhəli bilinən sürücü B.Babayev saxlanılmışdır

25.02.2020

Fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılmışdır.

Araşdırma aparılır.

25.02.2020 tarixinə olan kriminal məlumatlar