Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.02.2020Fevralın 25-də saat 9 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində Fazıl kənd sakini R.Qocayevin idarə etdiyi “VAZ-2101” və şəhər sakini V.Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Qocayevin sərnişinlərindən Şahid Rüstəmov hadisə yerində ölmüş, özü və digər sərnişinləri xəstəxanaya yerləşdirilmişlər.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.