Sahil qəsəbəsində Bakı şəhər elektrik şəbəkəsinə məxsus 170 metr elektrik naqilini və 5 həyətyanı sahədən su qızdırıcısı, elektik naqili və inşaat materialları oğurlamaqda şübhəli bilinən R.Cavadzadə saxlanılmışdır
25.02.2020Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsindəki istinad divarlarının işıqlandırılması üçün istifadə edilmiş Bakı şəhər elektrik şəbəkəsinə məxsus 170 metr elektrik naqilini və 5 həyətyanı sahədən su qızdırıcısı, elektik naqili və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cavadzadə saxlanılmışdır.