Kəpəz rayonunda bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
25.02.2020Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də E.Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bərdə rayon sakini S.Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Razmico saxlanılmışdır.
Ə.Razmiconun RF Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.