Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov saxlanılmışdır
20.02.2020Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədova fevralın 20-də G.Şıxlinski küçəsindən “KİA” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.