Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
20.02.2020Fevralın 20-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurmuş, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəymişdir. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölmüşlər. B.Bayramov hadisə yerini tərk etmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.