Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Corat qəsəbə sakini E.Mahmudov saxlanılmışdır
20.02.2020Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Mahmudov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana götürülmüşdür.