Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbə sakini R.Rzayev saxlanılmışdır
20.02.2020Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rzayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 1 kiloqram 25 qram tiryək, 40 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.