Qax rayonunun Əmbərçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.01.2020Yanvarın 29-da saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi “VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.