Şəki şəhər sakini Eyvaz Səmədovu qətlə yetirməkdə şübhəli bilinən O.Yusifli və onun qohumu İ.Məmmədzadə müəyyən edilərək saxlanılmışlar
29.01.2020Yanvarın 29-da saat 20 radələrində Şəki ŞRPŞ-yə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu İ.Məmmədzadə müəyyən edilərək saxlanılmışlar.Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.